Bu gündən hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Bu gündən hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
10:32 2 Yanvar 2020
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.

Milli.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 2-si axşamdan yanvarın 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi proqnozlaşdırılır.

Havanın çişkinli olacağı, yanvarın 4-ü gündüzdən yanvarın 5-i gündüzədək isə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında yanvarın 2- si axşamdan yanvarın 5-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi yanvarın 2-si gündüz, yanvarın 3-də arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enəcək.

Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/814996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR