KİV: "Qəbələ"nin futbolçusu yenidən Yunanıstanda çıxış edə bilər

KİV: "Qəbələ"nin futbolçusu yenidən Yunanıstanda çıxış edə bilər
10:42 2 Yanvar 2020
79 Digər
Ölkə mətbuatı
A- A+

"Qəbələ" klubunun futbolçusu İbrahima Niasse komandadan ayrıla bilər.
"Report" "Sport24.gr" saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə Yunanıstanın "Lamiya" komandası maraqlanır.
Bildirilib ki, senaqallı oyunçu keçidin baş tutması üçün səfər vizasının hazırlanmasını gözləyir.
Qeyd edək ki, İbrahima Niasse 2012-2013 mövsümündə "İnter"də (hazırkı "Keşlə"), 2013/14 mövsümündə isə "Qəbələ"də çıxış edib. Afrifalı oyunçu 2019-cu ilin oktyabrında yenidən "Qəbələ"yə qayıdıb. Niasse 2017-ci ilin yanvarından 2018-ci ilə qədər Yunanıstanda “Levadiakos”un formasını geyinib. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ki-v-qebele-nin-futbolcusu-yeniden-yunanistanda-cixis-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR