Hollandiya adı tarixə qovuşdu

Hollandiya adı tarixə qovuşdu
10:57 2 Yanvar 2020
71 Dünya
Ölkə mətbuatı
A- A+

Niderland hökuməti 2020-ci il yanvarın 1-dən etibarən "Hollandiya" adının işlənməyəcəyini elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeni qərara əsasən, tədris müəssisələri, şirkətlər, eləcə mətbuat orqanları "Hollandiya" adından istifadə etməyəcək.

Niderland hökuməti bildirib ki, bu qərar ölkə ilə bağlı mənfi imicin aradan qalxması ilə əlaqədar qəbul edilib.

Bundan başqa, "Hollandiya" adının ləğv olunması ölkə üzrə turist axınını tənzimləyəcək. Belə ki, bu gün ölkəyə gələn turistlərin böyük əksəriyyəti tarixi Hollandiya ərazisinə, yəni Amsterdam, Haaqa və Harlem şəhərlərinə səfər edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/814990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR