Aşmaqda olan minarəmi məftillə bağladılar (FOTO)

Aşmaqda olan minarəmi məftillə bağladılar (FOTO)
07:56 17 Yanvar 2015
115 Sosial
Ölkə mətbuatı
A- A+

Türkiyədə Səlcuqlu dövründən qalan 1 200 illik məscidin minarəsi aşmaq təhlükəsi ilə üzləşib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, Eskişehir vilayəti İnönü rayonundakı “Sultan Əlaəddin” məscidinin minarəsi məftillə elektrik dirəyinə bərkidilib.

Rayonun bələdiyyə başçısı Kadir Bozkurt əlverişsiz hava şəraitində və ya kiçik bir zəlzələ zamanı minarənin aşacağını deyib. Məscid əməkdaşları isə lazımi bütün yerlərə vəziyyət barədə xəbər verdiklərini, amma indiyə qədər heç bir tədbirin görülmədiyini deyib.

Rayon müftiliyi isə tədbir kimi minarəni məftillə elektrik dirəyinə bağladıqlarını, bunun çiox da yaxşı bir təhlükəsizlik üsulu olmadığını deyib.

Evi məscidin yanında olan bir nəfər isə gecə-gündüz minarənin aşacağı qorxusu ilə yaşadığını deyib.

Bundan başqa təhlükəsizlik tədbiri kimi məscidin yanından keçən yolda da avtomobillərin hərəkəti məhdudlaşdırılıb.









Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=40&nid=320223

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR