"Kamaz" qəza törətdi - ÖLƏN VAR

"Kamaz" qəza törətdi - ÖLƏN VAR
12:08 2 Yanvar 2020
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

Sürücü 1992-ci il təvəllüdlü Manafov Mayıl Habil oğlu "Kamaz" markalı yük maşını ilə hərəkətdə olarkən onunla əks istiqamətdə gələn Paşayev Raqif Süleyman oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomaşınla toqquşub.

Nəticədə rayon sakini R.Paşayev hadisə yerindəcə dünyasını dəyişib.

Hadisəyə səbəb kimi "Kamaz" markalı yük maşınının "Vaz"ın yoluna çıxması göstərilir.

Faktla bağlı araşdırmalar davam etdirilir. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/300830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR