“Öz qızlarını ictimai yerlərdə öpənləri…” - Din adamından qalmaqallı açıqlama

“Öz qızlarını ictimai yerlərdə öpənləri…” - Din adamından qalmaqallı açıqlama
12:17 2 Yanvar 2020
95 Dünya
Ölkə mətbuatı
A- A+

"İctimai yerlərdə öz qız övladlarını öpənlərdən polisə şikayət etmək lazımdır".

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki ,bunu türk din adamı, yazıçı Cavad Akşit deyib.

Verdiyi qəribə fətvaları ilə gündəmdə olan Akşit gəncləri də hədəf alıb:

"Bir də görürsən oğlan qızı qucağına alıb, qızla öpüşür, sığallayır, bilmirəm nə edir... Bu qəbahətdir. Qəbahət də gizli olmalıdır, ibadət də. Hər kəsin önündə olmaz. Bizim adı Əli, Həsən, Hüseyn olan gənclərimiz də hər kəsin içində arvadını, qızını öpür, sığallayır. Belə olmaz".

O, belə adamlardan polisə şikayət etməyin vacib olduğunu bildirib: "Heç nə edə bilmirsinizsə, polisə şikayət edin, polislər nə edəcəklərini bilirlər".

Cavad Akşitin çıxışındakı Əli, Həsən və Hüseyn ifadələri sosial şəbəkələrdə şiələr və ələvilərin etirazlarına səbəb olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/812166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR