Sumqayıtda onkoloji xəstə özünü 5-ci mərtəbədən atdı

Sumqayıtda onkoloji xəstə özünü 5-ci mərtəbədən atdı
12:32 2 Yanvar 2020
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərində məcburi köçkün intihara cəhd edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 40-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı binaların birində baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Quluyev Rahil İsmixan oğlu yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. Onun onkoloji xəstə və yeni əməliyyat olduğu bildirilir. Ağrılara dözməyən 51 yaşlı kişinin özünü öldürməyə cəhd etdiyi deyilir. O, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/815007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR