Neftçalada “Audi” traktoru keçmək istəyərkən qəzaya düşüb

Neftçalada “Audi” traktoru keçmək istəyərkən qəzaya düşüb
12:42 2 Yanvar 2020
87 Digər
Ölkə mətbuatı
A- A+

Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Neftçala rayonunun Qaravəlli yaşayış massivinin ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-LM-820 dövlət nömrə nişanlı “Audi” markalı avtomobil qarşıda gedən traktoru keçmək istəyərkən əks istiqamətdən gələn 99-MS-267 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobillə toqquşub. Zərbənin nəticəsində “Mersedes” markalı avtomobil yolun kənarına düşüb. Hadisə zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/audi-traktoru-kecmek-isteyerken-qezaya-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR