Almaniyalı mütəxəssislər alkoqolsuz həyatın sirlərini AÇDI

Almaniyalı mütəxəssislər alkoqolsuz həyatın sirlərini AÇDI
13:38 2 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər qeyd edirlər ki, Yeni il tətili yalnız yaxşı istirahət vaxtı deyil, həm də insanların spirtli içki qəbul etməyi qərara aldığı bir dövrdür.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir insan həftədə iki gün spirtli içkisiz keçinə bilirsə, deməli, heç bir alkoqol asılılığı yoxdur. Bu barədə Almaniyanın Bad Brükkenay bölgəsindəki Betti Ford klinikasının baş həkimi Yarmila Malmeyster məlumat verib. O, bildirib ki, alkoqoldan imtina etmək qərarına gələnlər içkini çox vaxt gündəlik vərdişə çevirənlərdir.

Ancaq alkoqol qəbul etmədiyiniz günlərdə fikriniz daim içkinin yanındadırsa, səhhətiniz haqqında ciddi düşünməyə və ən azı bir ay ondan imtina etməyə dəyər. Bir həftə içində insan dəyişiklikləri hiss edəcək: yuxunun keyfiyyəti yaxşılaşacaq və iş qabiliyyəti artacaq. Bundan əlavə, qaraciyərin bərpası prosesi başlayacaq ki, bu da yığılan yağları daha fəal şəkildə parçalamağa imkan verəcək.

Alkoqoldan bir illik imtina etsəniz, həzm və yağ yandırma prosesləri əhəmiyyətli dərəcədə sürətlənəcək, odur ki, artıq çəkilərdən daha tez xilas olacaqsınız. Həkimlərin dediyinə görə, əvvəllər gündə iki qədəh alkoqol içənlər bu vərdişdən imtina etməklə ildə asanlıqla 20 kiloqram arıqlaya bilər.

Aprel ayında Pekin Universitetinin alimləri isə insultun müalicəsində spirtli içkilərin faydalı olması barədə məşhur nəzəriyyəni təkzib ediblər. Mütəxəssislər müəyyən ediblər ki, gündə bir və ya iki qədəh alkoqol insult riskini müvafiq olaraq 10-15 faiz, dörd qədəh isə 35 faiz artırır.

Qeyd edək ki, bu tədqiqat əsasən Çin xalqına yönəldilib.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/300835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR