"Everton"un sabiq futbolçusu Çin yığmasının baş məşqçisi olub

"Everton"un sabiq futbolçusu Çin yığmasının baş məşqçisi olub
14:07 2 Yanvar 2020
62 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Çin milli komandasının yeni baş məşqçisi təsdiqlənib.
"Report" Çin Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komanda Li Teyə tapşırılıb. 43 yaşlı mütəxəssis bu postda Marçello Lippini əvəzləyib. Onunla imzalanan müqavilənin detalları hələ ki, bəlli deyil. O, böyük ehtimalla 2022-ci il Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində millidə çalışacaq.  
Qeyd edək ki, Li Te futbolçu karyerasında İngiltərənin "Everton" və "Şeffild Yunayted" klublarının formasını geyinib. O, 92 dəfə Çin yığmasının formasını geyinib. Məşqçi son olaraq ölkəsinin "Uxan Çjozr" komandasına rəhbərlik edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/everton-un-sabiq-futbolcusu-cin-yigmasinin-bas-mesqcisi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR