İcbari tibbi sığorta haqları maaşımızdan necə tutulacaq? - Hesablama qaydası

İcbari tibbi sığorta haqları maaşımızdan necə tutulacaq? - Hesablama qaydası
14:32 2 Yanvar 2020
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Vətəndaşların icbari tibbi sığorta haqqlarını hesablaması üçün kalkulyator sistemi hazırlanıb. 

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) icbari tibbi sığorta haqlarının hesablanması qaydası ilə bağlı məlumatında qeyd olunub.

Qurumun rəsmi saytında bununla bağlı kalkulyator yerləşdirilib.

Həmin kalkulyatordan istifadə etməklə vətəndaşlar əməkhaqqından və ya gəlirdən tutulan icbari tibbi sığorta haqlarının məbləğini hesablaya biləcəklər.

Kalkulyator vasitəsilə işçilər, işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və mülki-hüquqi müqavilələr əsasında işlər (xidmətlər) yerinə yetirən şəxslər icbari tibbi sığorta fonduna ediləcək aylıq ödənişin məbləğini müəyyən edə bilərlər.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/815044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR