Bakıda dostunun evində narkotik maddə qəbul edən kişi ölüb

Bakıda dostunun evində narkotik maddə qəbul edən kişi ölüb
14:37 2 Yanvar 2020
72 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 41 yaşlı kişi narkotik vasitənin təsirindən ölüb.
“Report” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Məlumata görə, Şüvəlan qəsəbə sakini Seymur Rəcəbov dostunun evində narkotik vasitə qəbul edib. Halı pisləşən S.Rəcəbov həmin evdə vəfat edib.
İlkin ehtimala görə, ölümə səbəb narkotik maddənin yüksək dozada qəbul edilməsi olub.
Faktla bağlı araşdrma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-dostunun-evinde-narkotik-madde-qebul-eden-kisi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR