Türkiyənin ilk elektrik mühərrikli avtomobilinə artıq sifarişlər gəlir.
Publika.az xəbər verir ki, Avtomobil Müəssisəsi Qrupu yerli avtomobili sifariş etmək istəyən şəxslərə və təşkilatlara açıqlama verib:
"Sifarişlər həm daxildən, həm də xarici ölkələrdən daxil olur. İstehsal, satış və marketinq strategiyaları ciddi şəkildə inkişaf edir".
Qeyd edək ki, Türkiyənin ilk elektrik mühərrikli avtomobilinin təqdimatı 27 dekabrda baş tutub.