"Azərbaycanda 1 siyasi partiya fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakla bağlı hələ ki, namizəd irəli sürməyib".
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Sosial Rifah Partiyası (ASRP) fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakla bağlı hələ ki, namizəd irəli sürməyib.
Qeyd edək ki, ASRP-nin sədri deputat Xanhüseyn Kazımlıdır.