Professorun oğlu zəhərlənmədən vəfat edib

Professorun oğlu zəhərlənmədən vəfat edib
15:37 2 Yanvar 2020
104 Digər
Ölkə mətbuatı
A- A+

Professor Rəfail Əhmədlinin oğlu zəhərlənmədən dünyasını dəyişib.
Bu barədə "Report"a təhsil eksperti Etibar Əliyev məlumat verib.
Onun sözlərinə görə, 28 yaşlı Rüfət Əhmədli təxminən iki həftə əvvəl zəhərlənib:
"Ailə üzvləri əlamətlərindən onun botulizm (ev şəraitində hazırlanan konservləşdirilmiş qidalardan yaranan zəhərlənmə) xəstəliyindən əziyyət çəkdiyini bilməsələr də, Rüfəti xəstəxanaya yerləşdiriblər. Buna baxmayaraq Rüfət Əhmədli vəfat edib" - deyə, E.Əliyev bildirib.
Rafail Əhmədli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) şöbə müdiri olub.
O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fәlsәfә vә Hüquq İnstitutunda çalışır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/professorun-oglu-zeherlenmeden-vefat-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR