Marşrut avtobusunda bıçaqlanma hadisəsi

Marşrut avtobusunda bıçaqlanma hadisəsi
16:17 2 Yanvar 2020
90 Dünya
Ölkə mətbuatı
A- A+

Marşrut avtobusunda baş verən bıçaqlanma hadisəsi bir sərnişin tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident ötən ilin dekabrı ayının 31-də Moskva şəhərində ba. verib.

Kadrlarda avtobusda 2 nəfər arasında mübahisənin baş verdiyi və bir müddət sonra bir-birlərinə zərbə endirdikləri görülür. Daha sonra 3-cü şəxs üzərində gəzdirdiyi bıçaqla dava elədikləri şəxsi bıçaqlamağa başlayır.

Yerli medianın məlumatına görə, şəxs 13 yerindən bıçaq yarası alıb. Yaralı, sərnişinlər tərəfindən çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb, polis hadisə yerindən qaçan şəxsləri axtarır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR