Maşınından narkotik çıxan sürücü və sərnişinləri saxlanıldı

Maşınından narkotik çıxan sürücü və sərnişinləri saxlanıldı
16:43 2 Yanvar 2020
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı 1 kiloqram 226,09 qram heroin və 739,914 qram metamfetamin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, M.Məmmədov və sərnişinləri olan əvvəllər məhkum olunmuşlar Sabirabad rayon sakini A.Paşayev və Ağcabədi rayon sakini M.Qasımov saxlanılıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3172343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR