Yunanıstan klubu "Qəbələ"nin futbolçusuna elçi düşdü

Yunanıstan klubu "Qəbələ"nin futbolçusuna elçi düşdü
16:57 2 Yanvar 2020
96 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin futbolçusu İbrahima Niasse karyerasını Yunanıstanda davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçini "Lamiya" transfer etməyə hazırlaşır.

Seneqallı futbolçunun Superliqa təmsilçisinin təklifinə müsbət yanaşdığı, transfer üçün vizanın həll olunmasını gözlədiyi bildirilir.

Qeyd edək ki, Niasse 2019-cu ilin oktyabrında "Qəbələ"yə keçmişdi. O, 2013/14 mövsümündə də "Qəbələ"də oynayıb. Niasse 2017-ci ilin yanvarından 2018-ci ilə qədər Yunanıstanın "Levadiakos" klubunda çıxış edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/815032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR