General-pol­kovnik Məhərrəm Əliyev DSX rəisi ilə birgə Ermənistanla sərhədə nəzarət edən divi­zi­yaya baş çəkib - FOTO

General-pol­kovnik Məhərrəm Əliyev DSX rəisi ilə birgə Ermənistanla sərhədə nəzarət edən divi­zi­yaya baş çəkib - FOTO
17:05 2 Yanvar 2020
42 Ölkə
Ölkə mətbuatı
A- A+

2020-ci ilin 02 yanvar tarixində Azər­baycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-pol­kovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sər­həd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sər­hə­dinin mü­ha­fizə və müda­fiəsini həyata keçirən "Qazax" əlahiddə sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər ediblər.

Dövlət Sər­həd Xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti yoxlanılıb, Dünya azər­bay­canlılarının həmrəyliyi günü və Yeni il bay­ramları münasibətilə sərhəd döyüş mən­tə­­qələ­rində xidmət aparan hərbi qulluqçular təbrik edilib, sərhəd­çilərin xidməti və yaşayış şərait­lə­rinə baxış ke­çirilib.

Dövlət sər­hədində zəruri sərhəd mühafizə və müdafiə infra­struk­tu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərlə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədi­nin toxunul­mazlığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi istiqamətin­də zəruri tapşı­rıqlar verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/815057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR