Ulduz futbolçunun xanımından Mourinyoya ağır sözlər

Ulduz futbolçunun xanımından Mourinyoya ağır sözlər
17:57 2 Yanvar 2020
122 İdman
Ölkə mətbuatı
A- A+

"Mançeter Yunayted"in futbolçusu Antoni Martialın həyat yoldaşı Melani Martial Da Kruz Joze Mourinyonu hədəfə alıb.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun xanımı portuqaliyalı mütəxəssisin ərinə güvənmədiyini bildirib. 

"Antoni "Mançeter Yunayted"də iki ağır və acılı mövsüm keçirdi. Çünki Mourinyo ona güvənmədi. Antoni belə durumlarda səssiz qalır və özünə qapanır. Onun enişini hiss edirdik. Acı çəkirdi, amma bunu söyləmədi. O qədər acı çəkirdi ki, Mourinyo ilə eyni yerdə çox dayanmamağa çalışırdı. Bir çox futbolçunun həyat yoldaşı baş məşqçilərə və kluba etirazlarını sosial media vasitəsi ilə etirazlarını bildirirlər. Amma Antoni məndən bunu əsla etməməyimi istədi. O oynayıb, qollar vurmağa başlayandan sevincdən qışqırdım" deyə Da Kruz bildirib.

Qeyd edək ki, Marital bu mövsüm meydana çıxdığı 19 matçda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/815040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR