Evinizi gözəlləşdirəcək ideyalar

Evinizi gözəlləşdirəcək ideyalar
18:37 2 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Hər bir insan yaşadığı evdə ara-sıra kiçik dəyişikliklər edir. Hətta masanın yerini dəyişmək belə evi daha fərqli göstərmək üçün kifayət edir.

Milli.Az axşam.az-a istinadən sizə evinizi daha da gözəlləşdirmənin 6 yolundan bəhs edəcək.

Dünyanın məşhur dizaynerləri hesab edir ki, evinizdə edəcəyiniz kiçik dəyişikliklər sizə yeni ab-hava verəcək:

1. Tablolardan istifadə edin

Sənət əsərləri bir məkanı bir anda dəyişdirə biləcək gücə sahibdir. İstənilən bir tablonu uyğun divardan asmaqla daha gözəl görüntü əldə edə bilərsiz.

2. Çiçəklər hər zaman işə yarayır

Çiçəklərin hakim olduğu bir ev hər zaman müsbət auralı ev hesab edilib.

3. Evinizin ətrini tapın

Hər evin özünə aid bir ətri olur. Qapıdan içəri girdiyiniz zaman hansı qoxu ilə qarşılaşmaq istəyirsizsə, onu alın.

4. Köhnə əşyalardan qurtulun

Evinizdə illər əvvəl aldığınız və istifadə etmədiyiniz əşyalardan qurtulun. Beləliklə, həm yer açılacaq, həm də ətrafın daha sadə görünməsinə nail olacaqsınız.

5. Pəncərələri bəzəyin

Əgər evinizdəki pəncərələrin altında boş yer varsa, mütləq dekorda istifadə edin.
Şamlar, kiçik suvenirlər, çiçəklər evinizi daha gözəl göstərəcək.

6. Dərindən təmizlik edin

Gündəlik təmizlikdən bəhs etmirik. Evi dərindən təmizləyin. Hər xırda əşyanın belə tozunu alın. Yorulsanız belə, yeni evə sahib olmuş kimi hiss edəcəksiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/810179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR