2019-cu ildə aviaqəzalarda ölənlərin sayı açıqlanıb

2019-cu ildə aviaqəzalarda ölənlərin sayı açıqlanıb
18:50 2 Yanvar 2020
93 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2019-cu ildə baş vermiş aviaqəzalarda 257 nəfər həyatını itirib.

Trend-in məlumatına görə, bu barədə “Mülki aviasiya icmalı 2019” hesabatında deyilir.

Hesabata əsasən, ötən il ərzində 86 qəza baş verib ki, bunlardan yalnız 8-i ölümlə nəticələnib.

Qeyd edək ki, bu göstəricilər 2018-ci illə müqayisədə təxminən iki dəfə azdır. Belə ki, 2018-ci ilə 157 aviaqəza baş vermiş, 534 nəfər həyatını itirmişdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3172371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR