Bakıda metroda texniki nasazlıq yaranıb, sərnişinlər qatardan boşaldılıb.

Bakıda metroda texniki nasazlıq yaranıb, sərnişinlər qatardan boşaldılıb.
18:52 2 Yanvar 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün saat 18:35 radələrində Bakı metrosunda qatarların birində nasazlıq yaranıb və nəticədə qatar "Elmlər Akademiyası" stansiyasında dayanmadan keçib.
"Report"un hadisə yerində olan əməkdaşının sözlərinə görə, qatarda olan nasazlıq nəticəsində vaqonların qapıları açılmayıb və stansiya əməkdaşları səsgücləndiricilər vasitəsi ilə sərnişinləri nasazlıqla bağlı xəbərdar ediblər.
"Həzi Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatarın nasazlıq səbəbindən "İnşaatçılar" stansiyasına çatmamış tuneldə dayandığı, vaqonların işıqlarının söndüyü deyilir.
"İnşaatçılar" stansiyasında dayanan qatarın bütün sərnişinləri boşaldılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-metroda-texniki-nasazliq-yaranib-sernisinler-qatardan-bosaldil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR