Çin "Çanjen-5” raketdaşıyıcısını orbitə buraxıb

Çin "Çanjen-5” raketdaşıyıcısını orbitə buraxıb
19:12 2 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Çin "Çanjen-5" raketdaşıyıcısını Çinin cənubunda yerləşən Haynan əyalətindəki Vençan kosmodromundan orbitə buraxıb. Bu haqda "Sinxua" xəbər agentliyi məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Çançjen-5" Çinin yeni nəsil ən güclü raketdaşıyıcısıdır. Onun hündürlüyü 56,97 metr, əsas pillənin diametri 5 metr təşkil edir. O, aşağı yerətrafı orbitə 24 ton, geostasionar keçid orbitinə isə 14 tonadək yük qaldırmaq qabiliyyətinə malikdir. "Çançjen-5" üçün yanacaq qismində maye oksigen və maye hidrogendən istifadə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı