Xiaomi manikür üçün 12$ dəyəri olan qacet təqdim etdi

Xiaomi manikür üçün 12$ dəyəri olan qacet təqdim etdi
19:42 2 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Xiaomi şirkəti yaxşı manikür, gözəl dırnaq mütəxəssisləri və sadə biliciləri tərəfindən qiymətləndiriləcək yeni bir qadcet təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Xiaomi-nin elektrik dırnaq cilalayıcısı adına uyğun olaraq düşündüyünüz kimi yalnız cilalama üçün istifadə olunmur. Cihaz kəsmə, cilalama və ümumi dırnaq baxımına imkan yaradır.

Bu zaman yenilik dırnaqlara zərər verməmək üçün unikal amortizasiya edən konstruksiyadan istifadə edir. Cilalama başlığı ekoloji cəhətdən təmiz materialdan xüsusi səthə malikdir. Bu vəziyyətdə dırnaq üzərində təsir çox yumşaq olur.

Xiaomi elektrik dırnaq cilalayıcısı müxtəlif məqamlar üçün iki başlıq dəstini təklif edir. Bunlardan biri ümumi dırnaqlara qulluq, digəri isə manikür üçün tam dəsti təqdim edir. Daha qalın və daha incə dırnaqlar üçün, həmçinin onlara müxtəlif formalar vermək üçün alətlər nəzərdə tutulub.

Qacet iki əməliyyat sürətinə malikdir. İlk rejimdən səliqəli cilalama lazım olduğu halda, sürətli rejimdən dırnaqları kəsmək üçün istifadə olunur. Son istifadədən 15 dəqiqə sonra avtomatik söndürmə funksiyası var.

Xiaomi elektrik dırnaq cilalayıcısı, sürətli enerji toplama dəstəyi ilə USB-C konnektoruna malikdir. 2 saat ərzində tamamilə enerji toplayır və təxminən 45 dəqiqə işləyə bilir.

Kollektiv maliyyələşdirmə mərhələsində cihaz 12 dollara əldə edilə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR