Metrodakı hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

Metrodakı hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
19:43 2 Yanvar 2020
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Metropoliteni bu gün axşam saatlarında Yaşıl xəttdə baş vermiş texniki nasazlıqla bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, artıq nasaz qatar xətdən kənarlaşdırılıb: “Bu gün 18:40-da Bakı Metropoliteninin Yaşıl xətti üzrə qatarlardan birində texniki nasazlıq olub. Qatar texniki nasazlıq səbəbindən xəbərdarlıq edilməklə Elmlər Akademiyasnda saxlamadan hərəkətinə davam edib və İnşaatçılar stansiyasında saxlayaraq sərnişinləri düşürüb. Depoya yola salınan Qatar digər qatarla əvəz edilib”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/300862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR