"Milan"ın yeni transferi Zlatan İbrahimoviç İtaliyaya yollanıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, isveçli hücumçu artıq Milandadır. Onun bu gün tibbi müayinədən keçəcəyi gözlənilir.
İtaliya mətbuatı 38 yaşlı forvardla 6 ay + 1 illik müqavilə imzalanacağını yazıb.
Qeyd edək ki, Zlatan 2010-2012-ci illərdə də "Milan"ın formasını geyinib. Onun sonuncu klubu "Los-Anceles Qelaksi" olub.
Milli.Az