Ağcabədi məşğulluq mərkəzi ötən il 571 nəfəri işlə təmin edilib

08:08 17 Yanvar 2015
200 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 17 yanvar, AzərTAc 
Ağcabədi rayonunda əhalinin məşğulluğunun təmin olunması istiqamətində tədbirlər 2014-cü ildə də davam etdirilib.
Rayon məşğulluq mərkəzinin direktoru Məhərrəm İbişov AzərTAc-a bildirib ki, ötən il mərkəzə müraciət edən 755 nəfər iş axtarandan 571-i idarə, müəssisə və təşkilatlarda işlə təmin edilib. Bu dövrdə 20 nəfər peşə hazırlığı kursuna, 25 nəfər ictimai işlərə cəlb edilib, 25 nəfərə işsiz statusu verilərək müavinət ödənilib. Sentyabrın 17-də keçirilən sonuncu əmək yarmarkasında 178 nəfər işaxtaran vətəndaşa göndəriş verilib ki, onlardan da 171-i işlə təmin olunub.
Hazırda rayonda 12 idarə, müəssisə və təşkilatda 131 vakant iş yeri mövcuddur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agcabedi_mesgulluq_merkezi_oten_il_571_neferi_isle_temin_edilib-825473

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR