BMW i6-nın əsasında elektrik modeli hazırlanır

BMW i6-nın əsasında elektrik modeli hazırlanır
20:22 2 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Alman avtomobil nəhəngi BMW yeni elektrokarının təqdimatına hazırlaşır.

Milli.Az ted.az-a istinadən bildirir ki, tezliklə BMW i6-nın əsasında hazırlanan innovasiya avtomobilinin buraxılmasına başlanılacaq. Artıq gələn ilin əvvəlinə istehsalçı bu yeni məhsulun buraxılışına hazır olacaq. Bəzi mütəxəssislər hazırlanan yeniliyin Audi e-tron GT, Mercedes EQS və Porsche Taycan elektrik modelləri ilə ciddi rəqabət apara biləcəyini proqnozlaşdırırlar.

İstehsalçılar elektrokarda ümumi qüvvəsi 536 at gücü olan iki aqreqat yerləşdiriblər. Elektrik dartmasında  hərəkət ehtiyatının 560 kilometrə qədər çatacağı göstərilir. Gələcəkdə gücləndirilmiş akkumulyatora və artırılmış gediş ehtiyatına malik daha məhsuldar versiyalar da peyda ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR