Son onilliyin əsas smartfonları məlum olub

Son onilliyin əsas smartfonları məlum olub
20:47 2 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

"The Next Web" nəşri smartfon sənayesinin inkişafına ən çox təsir göstərmiş qurğuların siyahısını tərtib edib. İlk onluğa son onilliyin 10 ən vacib cihazı daxil edilib.

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, ilk dəfə olaraq metal və şüşədən konstruksiya ilə təchiz edilmiş "iPhone 4" qurğusu 2010-cu illərin əsas aparatı adlandırılıb. "TNW" analitiklərinin fikrincə, ön kameraya malik cihaz faktiki olaraq "selfi" mədəniyyətinin əsasını qoyub. Mütəxəssislərin sözlərinə görə, "Samsung Galaxy Note" qurğusu istehsalçıların böyük ekranlı qurğulara marağının artmasına səbəb olub. 2013-cü ildə çıxarılmış "Moto G" aparatı əməliyyat sisteminin fasiləsiz işini nümayiş etdirib.

Mütəxəssislərin sözlərinə görə, "OnePlus One" aparatı öz yüksək qiymətini doğrultmayan ilk qabaqcıl cihaz olub. ABŞ bazarına çıxarılmış "Amazon Fire Phone"nun uğursuz olmasına baxmayaraq, genişmiqyaslı mobil layihələrin bir çox səhvlərini göstərib. "Google Pixel", öz növbəsində, qabaqcıl "Android" etalonu olub. Jurnalistlər bildiriblər ki, "Xiaomi Mi Mix" çərçivəsiz ekranla təchiz edilmiş ilk aparat olub, hərçənd bu smartfon "Sharp Aquos" cihazını kopyalamışdı.

"Palm Pre" kommunikatorlar istehsal xətti özündə müasir smartfonun bütün xüsusiyyətlərini (çoxməsələlik, müntəzəm sistem yeniləmələri, jestləri idarəetmə, "ağıllı" bildirişlər) birləşdirmişdi. 2018-ci ildə təqdim edilmiş "Huawei Mate 20 Pro" ən balanslı və iddialı cihazlardan biri kimi qiymətləndirilib, 2019-cu ildə təqdim edilmiş "Samsung Galaxy Fold" isə onilliyin ən innovativ aparatı adlandırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR