Günəşə ən yaxın texnoloji cisim - Parker Solar Probe

Günəşə ən yaxın texnoloji cisim - Parker Solar Probe
20:57 2 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) "Parker Solar Probe" peyki ikinci dəfə Veneraya ən yaxın məsafədən keçib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə NASA-nın yaydığı məlumatda qeyd olunub.

Süni peyk Günəş sistemini tədqiq edir. Günəş orbitində səyahətinin istiqamətini müəyyən etmək üçün peyk planetdən ikinci dəfə keçib. Üçüncü dövrəni günəş orbitində tamamlayan peyk dördüncü dövrəyə başlamaq üçün cazibə qüvvəsi manevrini apararaq Veneraya təxminən 3000 km məsafədən keçib.

"Parker Solar Probe" peyki 7 il ərzində Günəşin orbitində 24 dövr vuracaq.

Peyk Günəş orbitində 4-cü dövrəyə 29 yanvar 2020-ci ildə başlayacaq.

12 avqust 2018-ci ildə kosmosa buraxılan peyk bu günə qədər Günəşə ən yaxın olan texnoloji cisim hesab edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR