Lenovo Legion Gaming Phone adlı ilk geymer smartfonunu hazırlayır

Lenovo Legion Gaming Phone adlı ilk geymer smartfonunu hazırlayır
21:12 2 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Lenovo şirkəti oyun smartfonları bazarına qoşulmağa qərar verib. İstehsalçı hələ belə bir cihaz təqdim etməyib, amma artıq Weibo-da gələcək yenilik - Lenovo Legion Gaming Phone-ə həsr olunmuş səhifə yaradıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, adından da aydın olduğu kimi smartfon Legion oyun xəttinə aid olacaq.

Şirkətin nümayəndəsi bildirib ki, Legion Gaming Phone "Legion brendinin kibersport sahəsində təkmilləşdirildiyi illərə söykənəcək". Ancaq texniki hissə haqqında hələ heç bir məlumat yoxdur. Bununla belə, SoC Snapdragon 865-in bu smartfonun əsasını təşkil edəcəyi şübhəsizdir. Həmçinin yüksək kadr tezliyi və qeyri-adi dizayn ilə ekran gözləməyə dəyər.

Onun nə vaxt buraxılacağı dəqiq məlum deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR