Hyundai Tucson-un yeni krossoverinin şəkilləri dərc olundu

Hyundai Tucson-un yeni krossoverinin şəkilləri dərc olundu
21:52 2 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Hyundai Tucson-un yenilənmiş krossoverinin ilk dəfə olaraq qoruyucu kamuflyajdan istifadə edilmədən çəkilmiş fotoları internet şəbəkədə  əlçatan olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, ekspertlər yeniliyin oxşar baş optikası, arxa işıqları və bir sıra digər detallarında əvvəllər nümayiş etdirilmiş Hyundai Palisade krossoveri ilə üslubun təkrarlanmasını aşkar ediblər. Lakin yeni Tucson krossoverini radiator barmaqlıqları və bamperlərin formasından tanımaq olar. Yolsuzluq avtomobili müasir modellərdə tez-tez istifadə olunan aqressiv icra alacaq.

Xatırladaq ki, Tucson krossoverinin kapotunun altında 2,5 litrlik benzin aqreqatı quraşdırılacaq, lakin onun gücü hələlik göstərilmir. Modelin üstünlükləri arasında 8 pilləli avtomatik transmissiya göstərilir. Yeniliyin buraxılması ilə ABŞ-dakı zavodda məşğul olacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR