"Qazprom" ötən il qaz hasilatını artırıb, ixracı azaldıb

Rusiyanın "Qazprom" şirkəti 2019-cu ildə qaz hasilatını 0,5% artıraraq 2012-ci ildən bəri ən yaxşı nəticəyə nail olub.

Metbuat.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu cümə axşamı jurnalistlərə "Qazprom"un sədri Aleksey Miller deyib.

Uzaq xaricə qaz ixracı 2018-ci ilin "rekord" səviyyəsi ilə müqayisədə 1,3% azalaraq 199,2 mlrd. kubmetr təşkil edib, lakin bu, 2017-ci ilin göstəricisindən 2,5% çoxdur. Ötən il ərzində "Qazprom"un qonşu ölkələrə qaz ixracı 2,2% artaraq 37,7 mlrd. kubmetrə çatıb. Ümumilikdə, şirkət 2019-cu ildə ixraca 236,9 mlrd. kubmetr qaz yönəldib.

Qeyd edək ki, 2019-cu ildə "Qazprom" Çinə qaz nəql etməyə başlayıb və artıq bu ölkəyə 328 mln. kubmetr göndərilib. Bu həcm layihədə nəzərdə tutulmuş 38 mlrd. kubmetrə qədər artırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR