Azərbaycanın bu ərazilərinə qar yağır - YOLLARDA HƏRƏKƏT ÇƏTİNLƏŞDİ

Azərbaycanın bu ərazilərinə qar yağır - YOLLARDA HƏRƏKƏT ÇƏTİNLƏŞDİ
22:58 2 Yanvar 2020
229 Ölkə
Ölkə mətbuatı
A- A+

Qarlı hava şəraiti ölkənin şimal rayonlarından paytaxt Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirib.

Trend-in məlumatına görə, QusarQuba rayonlarından üzü Bakı istiqamətində avtomobillər yollarda qalıb. Hazırda paytaxta doğru gələn yolda sıxlıq müşahidə olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən sayta bildirilib ki, ağır texnikalar yollara qum səpilməsi ilə məşğuldur.

Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi sürücülərə yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq etmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ölkədə yanvarın 2- si axşamdan yanvarın 5-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozu verilmişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/300872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR