Asiyanın ən bahalı şirkəti məlum olub

Asiyanın ən bahalı şirkəti məlum olub
23:17 2 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Çinin "Alibaba" internet nəhəngi Asiyanın ən bahalı şirkəti adına layiq görülüb. 2019-cu ilin sonunda şirkətin bazar kapitallaşması 570 milyard dollara yaxınlaşıb və bu, ötənilki lider "Tencent" şirkətinin göstəricisindən (459 milyard dollar) çoxdur.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Alibaba" bazar qiymətinin göstəricisinə görə dünyada "Saudi Aramco", "Apple", "Microsoft", "Alphabet", "Amazon" və "Facebook"dan sonra 7-ci yerdə qərarlaşıb.

"Çində real gəlirlərin artması, sürətlə inkişaf edən şəhərlərin sayının çoxalması "Alibaba"nın səhmlərinə müsbət təsir göstərir" - "EqualOcean" konsaltinq şirkətinin analitiki İvan Platonov "Nikkei" nəşrinə deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR