İndoneziyada zəlzələ olub

İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Katabu yaşayış məntəqəsindən 288 kilometr aralıda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR