Sudanda təyyarə qəzaya uğrayıb, ölənlər var

Sudanda təyyarə qəzaya uğrayıb, ölənlər var
23:29 2 Yanvar 2020
100 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. trend:

Sudanın Qərbi Darfur əyalətində "Antonov" təyyarəsi qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində təyyarənin heyət üzvləri və bir neçə sərnişin də daxil olmaqla 15 nəfər həlak olub.

Bildirilir ki, təyyarə havaya qaldıqdan bir qədər sonra hava limanından 5 kilometr aralıda qəzaya uğrayıb.

Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3172457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR