Bugatti və Hermès unikal Chiron hiperkarını hazırlayıb - FOTO

Bugatti və Hermès unikal Chiron hiperkarını hazırlayıb - FOTO
23:32 2 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bugatti şirkəti Hermès moda evinin iştirakı ilə hazırlanmış unikal Chiron hiperkarını nümayiş etdirib. Yeganə nüsxədə inşa edilmiş hiperkarın salonu qaçan at naxışları ilə bəzədilmiş, kuzovu isə sarı çalara malik olan ağ rəngə boyanmışdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, dəbdəbəli Chiron rəsmi olaraq Hermès Craie adlandırılan qaymaq rənginə boyanıb. Adı çəkilən rəng bu və ya digər səbəblərdən müştərini təmin etməmiş  bir neçə variantdan seçilib. Nal formalı radiator barmaqlığının naxışı "H" hərflərindən ibarətdir.Aktiv arxa antiqanadın alt hissəsinə isə Courbetters naxışı vurulubdur ki, bu naxışlara salonda da rast gəlmək olar - onları qapılarda və mərkəzi tuneldə görmək mümkündür.

Bu dekorativ əlavələr yun və kaşmir qarışığından hazırlanıbdır. Courbettes naxışı isə, avtomobil sənayesində ilk dəfə olaraq tətbiq edilir. Modelin konsolunda Habillé par Hermès / Paris / 1/1 (fransızcadan tərcümədə " Hermès tərəfindən geyindirilib") sözləri həkk edilib .

Hiperkar məşhur amerikalı kolleksiyaçı Menni Hoşbinin sifarişi ilə hazırlanıb. Qeyd etmək lazımdır ki, Hoşbin artıq Hermès lövhələri olan iki avtomobilə sahibdir. Bu avtomobillərdən biri dana dərisindən salonu, qapı tutacaqları yerinə çamadan tutacaqları və mərkəzi tuneldə "quraşdırılmış" cüzdan olan Bugatti Veyron Fbg par Hermès, digəri isə, Fransız moda evindən firma çanta dəsti ilə təchiz edilmiş Pagani Huayara modelidir.

Texniki cəhətdən Bugatti Chiron by Hermès digər hiperkarlardan fərqlənmir. Hiperkar 1500 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edən 8,0-litrlik W16 mühərriki ilə təchiz edilir. Bugatti Chiron 100 km/saat həddini 2,4 saniyəyə toplayır. 300 km/saat həddini toplamağa 13,1 saniyə gərəkdir. Avtomobilin maksimal sürəti 420 km/saatdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR