Rusiya yeni silahını təqdim edir – qitələrarası hipersonik raket-mərmi sistemi

Rusiya yeni silahını təqdim edir – qitələrarası hipersonik raket-mərmi sistemi
23:42 2 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Rusiyanın Müdafiə naziri Sergey Şoygu ordu inventarına daxil edilən "Avangard" qitələrarası hipersonik raketin istifadəyə hazır olduğunu açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, S.Şoygu Rusiya prezidenti Vladimir Putinə "Avangard" raket-mərmi sisteminin istifadəyə hazır hala gətirildiyinə dair məlumat verib.

Xatırladaq ki, 2018-ci ilin mart ayında Rusiya Federasiya Parlamentində etdiyi çıxışında Müdafiə naziri istehsal mərhələsində olan "Avangard" və "Sarmat" raket-mərmi sistemlərinin məğlubedilməz olduğunu bildirmişdi.

V.Putin isə bu həftə Müdafiə Nazirliyinin illik yığıncağında "Avangard"ın ordu inventarına daxil edildiyini söyləmişdi.

Bildirilir ki, "Avangard" qitələrarası raket sistemi xarici ölkələrin müdafiə sistemlərinə yaxalanmır və başqa havadan müdafiə sistemlərini asanlıqla aradan qaldırmaq bacarığına malikdir.

Hipersonik başlığa malik raket-mərmi sisteminin sürəti səs sürətindən 20 dəfə çoxdur. Üstün manevr qabiliyyətilə yanaşı, 9 kilometr yüksəkdən uça bilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR