Bakı. Trend:
Yaponiyanın şərq sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Hasaki yaşayış məntəqəsindən 41 kilometr şimal-şərqdə, ocağı isə 32,2 kilometr dərinliyində yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin