İsveç yığmasının sabiq hücumçusu Zlatan İbrahimoviç İtaliyanın “Milan” klubu ilə rəsmi müqavilə imzalayıb.
“Report” xəbər verir ki, klub rəsmi olaraq Zlatan İbrahimoviçi təqdim edib.
İbrahimoviçin “Milan” la müqaviləsi 30 iyun 2020-ci ilə qədərdir və dəyəri 3,5 milyon avrodur.
Müqavilədə komandanın Avropa yarışlarına çıxması üçün maliyyə bonusu və bir mövsüm yenilənmə imkanı da nəzərdə tutulur.
Qeyd edək ki, İsveç yığmasının sabiq forvardı 2010-2012-ci illərdə “Milan”ın formasını geyinib.