İbrahimoviç “Milan”la müqavilə bağlayıb

İbrahimoviç “Milan”la müqavilə bağlayıb
00:57 3 Yanvar 2020
48 Digər
Ölkə mətbuatı
A- A+

İsveç yığmasının sabiq hücumçusu Zlatan İbrahimoviç İtaliyanın “Milan” klubu ilə müqavilə imzalayıb.
“Report” xəbər verir ki, klub rəsmi olaraq Zlatan İbrahimoviçi təqdim edib.
İbrahimoviçin “Milan” la müqaviləsi cari ilin 30 iyun tarixinə qədərdir və dəyəri 3,5 milyon avro təşkil edir.
Müqavilədə komandanın Avropa yarışlarına çıxacağı təqdirdə maliyyə bonusu və bir mövsüm yeniləmə imkanı da nəzərdə tutulur.
Qeyd edək ki, İsveç yığmasının sabiq forvardı 2010-2012-ci illərdə “Milan”ın formasını geyinib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-brahimovic-milan-la-muqavile-baglayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR