Niderlandda bir neçə şirkət içərisində partlayıcı olan bağlamalar alıb

Niderlandda bir neçə şirkət içərisində partlayıcı olan bağlamalar alıb
01:22 3 Yanvar 2020
127 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Amsterdamda, Utrextdə və Roterdamda yerləşən bir neçə şirkət içərisində partlayıcı olan bağlamalar alıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bağlamalar Amsterdamda otel və yanacaqdoldurma məntəqəsinə, Roterdamda daşınmaz əmlak agentliyinə və avtomobillərin satışı ilə məşğul olan şirkətə gəlib.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, bütün bağlamaları göndərən eyni şəxsdir. Onun şəxsiyyəti hələki müəyyən edilməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3172458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR