Özbəkistanın qədim Xivə şəhəri 2020-ci ildə türk dünyasının mədəniyyət paytaxtıdır

Özbəkistanın qədim Xivə şəhəri 2020-ci ildə türk dünyasının mədəniyyət paytaxtıdır
02:32 3 Yanvar 2020
149 Dünya
Ölkə mətbuatı
A- A+

Özbəkistanın qədim Xivə şəhəri 2020-ci il yanvarın 1-dən türk dünyasının mədəniyyət paytaxtıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda qərar ötən ilin sonunda Qırğızıstanın Oş şəhərində keçirilən TÜRKSOY Daimi Şurasının 37-ci iclasında elan olunub.

Xivə şəhəri qədim Xivə xanlığının paytaxtı olub.

Xivə şəhərindəki nəhəng İçan-Qala kompleksini gil divarlar əhatə edir. Bu divarların uzunluğu 2,5 km, hündürlüyü 10 metrdən çoxdur. Xivə ətrafındakı divarların tikilmə tarixi V əsrə aid edilir. Hazırda İçan-Qalada ənənəvi üslubda tikilən 400-dən çox ev var və burada indi də insanlar yaşayır. İçan-Qala UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib və burada 60-dan artıq tarixi abidə qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR