Bakı. Trend:
İndoneziyanın paytaxtı Cakarta və onun ətraf rayonlarında daşqınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daşqınlar baş verən ərazilərdən 31 mindən artıq insan təxliyə edilib.
Bildirilir ki, daşqınlar nəqliyyatın hərəkətində və elektrik enerjisi təchizatında çətinliklər yaradıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin