ABŞ prezidenti seçicilərdən 46 milyon dollar ianə toplayıb

ABŞ prezidenti seçicilərdən 46 milyon dollar ianə toplayıb
04:22 3 Yanvar 2020
93 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentliyinə namizəd, hazırkı dövlət başçısı Donald Tramp ötən ilin dördüncü rübündə seçicilərdən 46 milyon dollar ianə toplayıb.
“Report” xəbər verir ki, onun rəqibi demokrat Berni Sanders isə 34,5 milyon dollar ianə toplayıb. Ümumilikdə, 2019-cu ildə Sanders, Demokratlar arasında ianələr toplayan ən güclü namizəd kimi nüfuzunu qoruyaraq 96 milyon dollar toplayıb.
Donald Tramp isə ötən il ümumilikdə 143 milyon dollar ianə yığıb. İanələrin 102 milyonu hələ xərclənməyib.
İndianadakı Saut-Bend şəhərinin meri Pit Battitiq dördüncü rübdə 24.7 milyon dollar ianə toplayaraq üçüncü yerdə qərarlaşıb.
Keçirilən sorğularda favorit olan Co Bayden isə Trampdan iki dəfə az - 22,7 milyon dollar ianə yığa bilib.
Digər bir namizəd, Massaçusetsin senatoru Elizabet Uorren, dördüncü rübdə seçicilərdən 17 milyon dollar aldığını açıqlayıb.
Qeyd edək ki, ABŞ-da prezident seçkilərində praymeriz cari ilin fevral ayında başlayacaq. 
Yayda isə Respublikaçılar və Demokratlar partiyaları prezident postuna öz namizədini irəli sürəcəklər. Seçkilər noyabrın 3-də keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-prezidenti-secicilerden-46-milyon-dollar-iane-toplayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR