Niderlandda bir neçə şirkət içərisində partlayıcı qurğu olan bağlama alıb.
“Report” xəbər verir ki, bu barədə “NL Times” məlumat yayıb.
Qeyd olunub ki, içərisində partlayıcı olan bağlamalar Amsterdamda, Roterdamda və Utrextdə yerləşən iki yanacaqdoldurma mərkəzi, hotel, avtomobil satışı üzrə mərkəz və daşınmaz əmlak agentliyinə gəlib.
Bildirilib ki, heç bir qurğu işə düşməyib.
Polisin məlumatına əsasən, bütün bağlamaları göndərən eyni şəxsdir. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.


