ABŞ Bağdadın hava limanına zərbələrə görə məsuliyyəti öz üzərinə götürüb

ABŞ Bağdadın hava limanına zərbələrə görə məsuliyyəti öz üzərinə götürüb
06:22 3 Yanvar 2020
85 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ Bağdadda "İranla əlaqəli iki hədəfə" zərbələr endirdiyini təsdiq edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Reuters" agentliyinə amerikalı rəsmilər bildirib.

Xatırladaq ki, daha əvvəl İraqın paytaxtı Bağdadda hava limanı raket atəşinə tutulub. 3 raket hava limanı yaxınlığına düşüb. Nəticədə azı 8 nəfərin öldüyü bildirilir.

"Al Arabiya", "Al Jazeera" və "Sky News" telekanallarının məlumatına əsasən, ölənlər arasında İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymani də olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3172480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR