Bağdadın hava limanına endirilən zərbələr nəticəsində iranlı general Süleymani ölüb

Bağdadın hava limanına endirilən zərbələr nəticəsində iranlı general Süleymani ölüb
07:37 3 Yanvar 2020
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymani ölüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Al Arabiya", "Al Jazeera" və "Sky News" telekanalları bildirib.

Xatırladaq ki, daha əvvəl İraqın paytaxtı Bağdadda hava limanı raket atəşinə tutulub.3 raket hava limanı yaxınlığına düşüb. Nəticədə azı 8 nəfərin öldüyü bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR